25 yanvar 2026 20:00
118

Azərbaycanlı beynəlxalq fiqurlu konkisürən İtaliyada beynəlxalq yarışda gümüş medal qazanıb

Azərbaycanlı beynəlxalq fiqurlu konkisürən Nərgiz Süleymanova İtaliyanın Merano şəhərində keçirilən "Merano Ice Trophy" yarışında uğurla çıxış edib.

“İki sahil” xəbər verir ki, nəticələrə əsasən qısa və sərbəst proqram üzrə çıxış edən Nərgiz Süleymanova 10 idmançı arasında 166.39 xal toplayıb.

Təmsilçimiz bu nəticə ilə gümüş medala sahib olub.