26 yanvar 2026 00:11
98

ABŞ demokratları hökuməti yeni şatdaunla hədələyir

Demokratlar Partiyasının ABŞ Konresinin Senatındakı nümayəndələri atışma qalmaqalları ilə əlaqədar olaraq təxsisatlar barədə qanun layihəsini bloklaya bilər və bu, hökumətin fəaliyyətinin qismən dayanmasına səbəb ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə CNN demokrat azlıqların yuxarı palatadakı lideri Çak Şumerə (Nyu-York ştatı) istinadən xəbər verib.

"Minnesota ştatında baş verənlər dəhşətlidir və istənilən Amerika şəhəri üçün qəbuledilməzdir. Mən (qanun layihəsi-red) əleyhinə səs verəcəyəm. Daxili İşlər Nazirliyinin maliyyələşdirmə maddəsi daxil ediləcəyi təqdirdə, Senatdakı demokratlar qanun layihəsinin lehinə səs verməyəcəklər", - Şumer "X"də yazıb.

CNN-in məlumatına görə, ABŞ Senatı şatdaunun qarşısını almaq üçün qanun layihəsini 30 yanvar gecə yarısına qədər qəbul etməlidir. Qanun layihəsinin qəbul edilməsi üçün bütün respublikaçıların (53) və azı səkkiz demokratın səsi tələb olunacaq. Qeyd olunur ki, Demokratlar Partiyasından azı altı senator artıq qanun layihəsinə qarşı açıq şəkildə etirazlarını bildirib.