18 mart 2026 15:35
87

"Bloomberg": Trampın kömək tələb etməsi Aİ üçün dönüm nöqtəsi oldu

Donald Trampın Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün iştirak tələb etməsi Avropa və Aiya ölkələri üçün dönüm nöqtəsi olub.

“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məqalədə deyilir: “Trampın Avropa və Asiyadan tanker hərəkətinin bərpasına kömək məqsədilə gəmilər göndərməyi tələb etməsi dönüm nöqtəsi oldu.”

Qeyd olunur ki, ABŞ-ın tələblərini nəzərdən keçirmək əvəzinə, bir çox Avropa lideri Trampa birbaşa “yox” deyib. Əvvəllər Tramp NATO ölkələrini Vaşinqtonun İrana qarşı hərbi əməliyyatını dəstəkləməməkdə tənqid etmişdi.

Financial Times-ə verdiyi müsahibədə Tramp bildirib ki, NATO ABŞ-ın tərəfdaşları Hörmüz boğazını blokdan azad etməyə kömək etməsə, “çox pis gələcək” gözləyir.