AQTA-nın sədr müavini Əziz Şərifov dövlət nəzarəti çərçivəsində görülən işlərin statistikasını açıqlayıb.
“İki sahil” xəbər verir ki, 2025-ci il ərzində 4 304 müəssisədə yoxlama aparılıb, 3 739 müəssisədə uyğunsuzluqlar aşkarlanıb və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Eyni zamanda, 7 fakt üzrə kərə yağı adı altında bitki tərkibli yağların satışı müəyyən edilib və istehlakçıların aldadılmasının qarşısı alınıb.
Bundan əlavə, 561 dönərxanada və 21 çiy dönər emalı müəssisəsində nəzarət tədbirləri həyata keçirilib. Yoxlamalar zamanı 373 dönərxanada və 18 çiy dönər emalı müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib. Ümumilikdə 497 müəssisədən 600 nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən, 107 müəssisəyə məxsus 122 nümunədə normativ tələblərə uyğunsuzluq müəyyən edilib.
Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
“Caspian Agro Week” regionun aparıcı aqrar platforması kimi mövqeyini gücləndirir - FOTO
Bakıda “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq aqrar sığorta forumu keçirilib
“lll Beynəlxalq Aqrar İnnovasiya Forumu” çərçivəsində panel müzakirələri davam edir