İsrail-Azərbaycan münasibətləri ilbəil müsbət istiqamətdə inkişaf edir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə birlikdə Bakıda keçirilən mətbuat üçün brifinqdə deyib.
Nazir qeyd edib ki, iki dövlət arasındakı münasibət strateji xarakter daşıyır.
"Bu kontekstdə mütəmadi siyasi məslətləşmələr, strateji dialoqlar, parlamentlərarası dostluq qrupları əhəmiyyətlidir", C.Bayramov deyib.
O bildirib ki, iki ölkənin münasibətləri konteksində israilli həmkarı ilə iqtisadi əlaqələrin inkişafı, mövcud durumu, layihələr və yeni imkanlar barədə ətraflı danışıblar.
Vaqif Sadıqov: Azərbaycan Avropa ilə Asiyanı birləşdirən aviasiya dəhlizinə çevrilib
UNESCO rəsmisi: Texnologiyalar insanlığa xidmət edən “ağıllı” şəhərlərin qurulmasına yönəlməlidir