26 yanvar 2026 14:13
94

Gümüşün qiyməti İLK DƏFƏ...

Gümüşün qiyməti ilk dəfə bir unsiya üçün 110 dolları keçdi

“İki sahil” xəbər verir ki,  Comex birjasında mart ayında tədarük olunacaq gümüş fyuçersinin qiyməti tarixdə ilk dəfə olaraq bir troya unsiyası üçün 110 dollar həddini keçib. Bu gün saat 13:00-a olan məlumata görə, qiymətli metalın dəyəri 7,68% artaraq 109,12 dollar səviyyəsinə yüksəlib. Eyni zamanda, fevral ayı üçün nəzərdə tutulan qızıl fyuçersi 2,15% bahalaşaraq bir troya unsiyası üçün 5086,8 dollar olub.

Birja məlumatlarına əsasən, qiymətli metalların bazar dəyəri 2025-ci ilin dekabr ayından etibarən ardıcıl olaraq rekordlar yeniləyir. 2026-cı ilin əvvəlindən bu yana gümüşün qiyməti 33%-dən çox artıb. Qızıl da bahalaşmaqda davam edir və bu gün o da tarixi maksimumunu yeniləyib.

Qiymətli metalların sürətlə bahalaşmasının əsas səbəbi ABŞ prezidenti Donald Trampın Venesuela və Qrenlandiya ilə bağlı səsləndirdiyi bəyanatlar hesab olunur.