26 yanvar 2026 14:32
194

Trampın yeni PLANI: ABŞ Polşada daimi hərbi baza yaradır

Polşa prezidenti Karol Navrotski ABŞ prezidenti Donald Trampla Polşa ərazisində daimi Amerika hərbi bazasının yaradılması məsələsini müzakirə edib. Bu barədə Polşanın sabiq baş naziri Mateuş Moravetski məlumat verib.

“İki sahil” xəbər verir ki,  onun sözlərindən RIA Novosti agentliyi sitat gətirib.

“Navrotski Davosda prezident Tramp ilə Polşada daimi Amerika hərbi bazasının yaradılması məsələsini müzakirə edib. Bu baza orada yerləşdiriləcək qoşunların iştirakı sayəsində Polşanın təhlükəsizlik səviyyəsini açıq şəkildə artırır”, — deyə Moravetski bildirib.

Qeyd olunur ki, hazırda Polşa ərazisində təxminən 10 min ABŞ hərbçisi yerləşdirilib.

Daha əvvəl KİV-lərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Retklifin Polşaya gizli səfər etdiyi barədə məlumatlar yayılmışdı.