AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
“İki sahil” xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək "Panatinaikos" (Yunanıstan) – "Roma" (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Görüş yanvarın 29-da Afina şəhərində yerləşən Olimpiya Stadionunda keçiriləcək.