Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında gənclər və könüllülər üçün təşkil olunan “Qış məktəbi”nin açılışı olub.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış tədbirində çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Qış məktəbi”nin əhəmiyyətini vurğulayaraq gənclərin asudə vaxtının səmərəli təşkili və onların bacarıqlarının reallaşdırılması istiqamətində həyata keçirilən layihələrin birbaşa Prezident İlham Əliyevin cəmiyyətimizin sözügedən aktiv təbəqəsinə olan qayğısından irəli gəldiyini bildiriblər.
Qeyd olunub ki, YAP siyasi partiya olmaqla yanaşı, eyni zamanda, gənclər üçün bir inkişaf məktəbidir. Çünki partiyanın təşkil etdiyi bütün layihələrin əsas fəlsəfəsini gənclərin milli ruhda yetişdirilməsi təşkil edir. “Qış məktəbi” kimi layihələr də gənclərin inkişaf, dialoq və inteqrasiya platformasıdır. Eyni zamanda cəmiyyətimizin avanqard qüvvəsi olan gənclərin kreativ və intellektual bacarıqlarının aşkara çıxarılması, reallaşdırılması və özünüsübut məkanıdır. Bu cür layihələr gənclər arasında ünsiyyətin yaranmasına, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatı ilə bağlı fikirlərin mübadiləsinə şərait yaradır.
Açılış tədbirinin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Tədbirdən sonra “Qış məktəbi”nin iştirakçıları Zəfər abidəsini və parkını, “Nizami Rayon Vətən Müharibəsi Şəhidləri” Memorial Kompleksini və Nizami rayon Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirəsini yad ediblər.
“Qış məktəbi”nin ilk gününün sonunda “Debat bacarıqları” mövzusunda təlimdə iştirak ediblər.
Qeyd edək ki, “Qış məktəbi” yanvar ayının 30-dək davam edəcək.
Zamin Məmmədov, "İki sahil"
Ötən ay teleaparıcılar Azərbaycan dilində qarşılığı olan 33 xarici söz işlədiblər