İraq Prezidenti Əbdüllətif Camal Rəşid parlament seçkiləri öncəsi ikinci müddətə namizədliyini geri götürməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə "Shafaq" nəşri mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Camal Rəşid ikinci müddət üçün qarşıdakı səsverməyə qatılmaqdan imtina etmək niyyətindədir. İraq parlamentində bildirilib ki, yeni prezidentin seçiləcəyi iclas cədvələ uyğun olaraq yanvarın 27-də baş tutacaq.
Bu ayın əvvəlində İraq Nümayəndələr Şurası (parlament) seçkilərdə iştirak etmək üçün yalnız 15 namizədin hüquqi tələblərə uyğun gəldiyini açıqlayıb. Daha sonra Federal Ali Məhkəmə daha dörd namizədi təsdiqləyərək ümumi sayı 19-a çatdırıb.
Bildirilib ki, səsvermə başa çatdıqdan sonra yeni prezident rəsmi olaraq "Qanunun vəziyyəti" koalisiyasının liderinə yeni hökumətin formalaşdırılmasını tapşıracaq.