26 yanvar 2026 22:31
90

Bu adada 5,5 bal gücündə zəlzələ oldu

Papua - Yeni Qvineyaya məxsus olan Yeni Qvineya adasının mərkəzi hissəsində 5,5 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələ Mendi şəhərindən 45 km cənub-qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.