26 yanvar 2026 23:57
99

"Hizbullah"ın baş katibi: ABŞ İrana hücum edərsə...

"Hizbullah" ABŞ-ın İrana və onun rəhbərliyinə qarşı təhdidinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək.

“İki sahil” xəbər verir ki, bu barədə hərəkatın baş katibi şeyx Naim Kasem bildirib.

"ABŞ-ın İrana qarşı hazırladığı təcavüzün qarşısında biz özümüzü müdafiə etməkdə qətiyyətliyik və münasib məqamda necə hərəkət edəcəyimizi seçəcəyik. "Hizbullah" ABŞ-ın hücumu halında neytral qalmayacaq", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və İsrail İranın mövcudluğunu qəbul etmək istəmirlər. "Hizbullah" lideri xəbərdarlıq edib ki, bu dəfə İrana qarşı müharibə bütün regionda münaqişəni alovlandıracaq.