Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Hayyenin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi mənbələrindən bildirilib.
Məlumata əsasən, görüşdə Qəzza Sülh Planının ikinci mərhələsi, Qəzzada humanitar vəziyyət və digər regional məsələlərlə bağlı inkişaflar müzakirə olunub.
Hakan Fidan Türkiyənin Sülh Şurası başda olmaqla, digər platformalar vasitəsilə Qəzza sakinlərinin hüquqlarını müdafiə etməyə yönəlmiş diplomatik fəaliyyəti barədə məlumat verdi.
Nazir Türkiyənin Qəzzaya lazımi humanitar yardımın çatdırılması üçün səylərini qətiyyətlə davam etdirəcəyini bildirib.