26 yanvar 2026 23:19
99

Zelenski: Ukrayna yeni görüşə maksimum hazırlıqlı olacaq

Ukrayna nümayəndə heyəti böyük ehtimalla fevralın 1-də baş tutacaq ABŞ və Rusiya danışıqlar komandaları ilə yeni görüşə maksimum hazırlıqlı olacaq.

“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz müraciətində bildirib.

"Nümayəndə heyətlərinin bazar günü yenidən planlaşdırılan görüşünün tezləşməsi yaxşı olardı. Ukrayna müzakirə edilməli və razılaşdırılmalı olan bütün məsələlər üzrə maksimum hazırlıqlı olacaq", - o deyib.

Zelenski vurğulayıb ki, Ukrayna həmişə sülhün tərəfində olub və olacaq və müharibə indiyə qədər yalnız Rusiyanın mövqeyi səbəbindən davam edir.

Xatırladaq ki, Ukrayna, ABŞ və Rusiya nümayəndələri yanvarın 23-24-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə üçtərəfli danışıqlar keçiriblər.