27 yanvar 2026 02:07
87

Cənubi Afrikada daşqınlar nəticəsində 25 nəfər həlak olub

Cənubi Afrikanın Limpopo vilayətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 25-ə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli "EWN" radio stansiyası xəbər verib.

Məlumata əsasən, yanvarın 26-da aparılan axtarış tədbirləri nəticəsində daha altı cəsəd aşkar edilib. Üç nəfər itkin düşmüş hesab olunur. Vilayət hakimiyyəti əvvəllər daşqın nəticəsində 19 nəfərin öldüyünü açıqlamışdı. Axtarış əməliyyatları davam edir.