Vahid mexanizmin olmaması ixrac və investisiyalar üçün risklər yaradır
Avrasiya İqtisadi İttifaqında (Aİİ) istehsal olunan məhsulların karbon izinin hesablanması və verifikasiyası üzrə vahid sistemin yaradılması planlaşdırılır.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının ticarət naziri Andrey Slepnyov məlumat verib.
Onun sözlərinə görə, Aİİ-yə üzv ölkələrdə karbon izinin qiymətləndirilməsi üçün vahid mexanizmin olmaması ixrac, investisiya cəlbediciliyi və ittifaq dövlətlərinin texnoloji inkişafı baxımından risklər formalaşdırır. Eyni zamanda, belə bir sistemin yaradılması üçün zəruri alətlər artıq Aİİ-nin 2030-cu ilədək olan strateji sənədlərində nəzərdə tutulub.
Söhbət gələcəkdə karbon izinin hesablanması və verifikasiyası sisteminin əsasını təşkil edəcək dövlətlərarası standartların hazırlanmasından gedir. Slepnyovun qeyd etdiyi kimi, bu standartların işlənib hazırlanması üzrə planın hazırlanmasına yaxın vaxtlarda başlanılacaq.