27 yanvar 2026 13:43
108

Starmer ABŞ və Çin arasında seçim etməyəcəyini bildirib

Böyük Britaniyanın baş naziri Kir Starmer Çinə səfəri ərəfəsində ABŞ və Çin arasında seçim etməyi planlaşdırmadığını bəyan edib. Onun sözlərinə görə, Pekinə səfər Britaniya biznesi üçün “əhəmiyyətli imkanlar” yarada bilər.

“İki sahil” xəbər verir ki,  Kir Starmer bu barədə "Bloomberg"ə müsahibəsində bildirib

“ABŞ ilə çox sıx münasibətlərimiz var — əlbəttə ki, onları qorumaq istəyirik,  təhlükəsizlik və müdafiə məsələləri ilə yanaşı bu əlaqələri dəstəkləməyə davam edəcəyik”, — deyə Kir Starmer bildirib.

“Eyni zamanda, sadəcə başı quma salıb dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çini və biznes imkanlarını görməzdən gəlmək ağılsızlıq olardı”, — deyə o, əlavə edib.

Kir Starmer hələ seçkiöncəsi proqramında Böyük Britaniyanın Çinlə münasibətlərini yenidən qurmağı vəd etmişdi. Yanvarın 27-də o, təxminən 60 şirkət, universitet və mədəniyyət müəssisəsinin rəhbərinin müşayiəti ilə Çinə səfər edəcək. Səfər çərçivəsində Britaniya baş naziri Çin Xalq Respublikasının sədri Si Cinpinlə də görüşəcək.