27 yanvar 2026 13:50
98

ABŞ kəşfiyyatı Trampa İranla bağlı HANSI MƏLUMATLARI VERİB?

ABŞ kəşfiyyatı prezident Donald Trampa təqdim etdiyi hesabatlarda İran hakimiyyətinin mövqelərinin son dərəcə zəif vəziyyətdə olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, İran hakimiyyəti 1979-cu il inqilabı zamanı şahın devrilməsindən bəri ən zəif vəziyyətdədir. Qəzet həmçinin qeyd edir ki, genişmiqyaslı etiraz aksiyaları İran rəhbərliyini ciddi şəkildə sarsıdıb.

Bundan əvvəl Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etmək və dialoq aparmaq istədiyini bəyan etmişdi. Bununla yanaşı, Axios yazır ki, Tramp hələ də İrana qarşı hərbi zərbə endirilməsi ehtimalını istisna etmir.

Eyni zamanda bildirilir ki, USS Abraham Lincoln aviadaşıyıcısı mümkün hərbi kampaniyaya hazırlıq çərçivəsində Yaxın Şərqə gəlib.