28 yanvar 2026 10:17
101

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının bütün sosial ödənişləri başa çatdırılıb.

 “İki sahil” xəbər verir ki, yanvarın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə bu ayın pensiyaları, yanvarın 22-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin bu ay üzrə pensiyaları, yanvarın 27-də isə bu ayın müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.