28 yanvar 2026 10:55
123

Ordunun yalnız müharibə kontekstində dəyərləndirildiyi yanaşmalar keçmişdə qalıb - Simonyan

“Ordunun yalnız müharibə kontekstində dəyərləndirildiyi yanaşmalar artıq keçmişdə qalıb”.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan sosial şəbəkə hesabında yazıb. 

“Bu gün silahlı qüvvələrin mühüm missiyasını dəyərləndirərək, onu sülhün qorunmasının, dövlətçiliyin möhkəmləndirilməsinin və cəmiyyətin inkişafının əsas dayağı kimi görürük. Bu dayağı inkişaf etdirməklə təhlükəsiz, ədalətli və demokratik Ermənistan quraraq irəli gedə bilərik”, - deyə o qeyd edib.