28 yanvar 2026 11:12
101

Paşinyan: “Azərbaycanla müharibə olmayacaq”

Ermənistan öz silahlı qüvvələrinin inkişafını davam etdirəcək, çünki ordu dövlətin ən mühüm qurumlarından biridir.

“İki sahil” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə ordusunun yaradılmasının 34-cü ildönümü ilə əlaqədar sosial şəbəkədə etdiyi paylaşımda belə deyib.

“Ordumuz çətin formalaşma dövründən keçib, müxtəlif çətinliklər və sınaqlarla üzləşib. Lakin bu gün əminliklə deyə bilərik ki, müdafiə qabiliyyəti hər gün artan bir ordumuz var. Son illərdə ordumuzun indiyədək malik olmadığı keyfiyyət və parametrlərə uyğun çoxsaylı müasir silah və hərbi texnika alınıb”, – deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyan həmçinin sərhədlər boyu genişmiqyaslı istehkam işlərinin aparıldığını və Ermənistan ordusunun beynəlxalq səviyyədə tanınmış ərazisini müdafiə etməkdən başqa heç bir missiyasının olmadığını diqqətə çatdırıb.

“Ermənistan müharibəyə hazırlaşmır, çünki müharibə olmayacaq. Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və təhlükəsizliyin sülhdən daha etibarlı təminatı yoxdur”, – deyə Nikol Paşinyan vurğulayıb.