“Yanvarın 27-nin ölmüş ermənilərin anım gününə çevrilməsi ilə bağlı qərar ictimai tələb olmayıb”.
“İki sahil” xəbər verir ki, bunu bu gün Ermənistan ordusu günü münasibətilə “Yerablur”da jurnalistlərlə söhbətində “Hayakve” təşəbbüsünün həmtəsisçisi, erməni siyasi xadim Menua Soğomonyan deyib.
“Heç vaxt cəmiyyətimiz tərəfindən yanvarın 28-də vəzifəli şəxslərin və vətəndaşların “Yerablur”a getməsi, daha sonra isə bayram tədbirləri keçirməsi ilə bağlı hər hansı narazılıq olmayıb. “Yerablur”u ziyarət etmək, ehtiram göstərmək və eyni zamanda bayram keçirmək, bu iki halı bir araya gətirmək bizim mədəniyyətimizə xas olub və heç vaxt problem yaratmayıb. Bu, ictimai tələb deyildi, siyasi və partiya məqsədləri daşıyan bir qərar idi və erməni milli kimliyinin mühəndisliyinin növbəti təzahürü ilə bağlıdır.
Məqsəd erməni milli ordusuna həsr olunmuş günü və həmin bayramı gözdən salmaqdır”, - deyə o bildirib.
Ötən gün ölkənin ali rəhbərliyinin “Yerablur”a getməsinə baxmayaraq, ölmüş şəxslərin ailələrinin yanına yaxınlaşmaması və memorialın önünə gül qoymaması ilə bağlı irada cavab verən Soğomonyan deyib: “Çünki onlar burada, “Yerablur”da mövcud olan mənəvi məna ilə heç bir əxlaqi bağlılıqlarının olmadığını anlayırlar. Onlar “Yerablur”un genişləndirilməsi məsələsində birbaşa məsuliyyət daşıdıqlarını çox yaxşı dərk edirlər və ölmüş şəxslərin valideynlərinə yaxınlaşmaqdan çəkinirlər, çünki onlara hansı sözlərin deyilə biləcəyini anlayır və ya dərk edirlər”.