28 yanvar 2026 17:20
133

Neft Trampın İranla bağlı bəyanatından sonra bahalaşıb

"Brent" markalı neftin qiymətləri ABŞ Prezidenti Donald Trampın İranla bağlı növbəti bəyanatından sonra 1 % artıb.

“İki sahil” xəbər verir ki, bunu ticarət məlumatları təsdiq edir.

"London ICE" birjasında aprel fyuçersinin qiyməti bir barelə görə 68,19 dollar təşkil edib. Mart ayında tədarük ediləcək WTI markalı neftin bir barelinin qiyməti 62,71 dollar (+0,71 %) səviyyəsində olub.

Qeyd edək ki, Tramp "Truth Social" şəbəkəsində İranı nüvə sazişini imzalamayacağı təqdirdə yeni hücumla hədələyib. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin Venesuela ilə olduğu kimi, İrana da qarşı eyni addımı atmağa hazır olduğunu bildirib.