Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı detalların ictimai şəkildə müzakirə olunmasının danışıqlar prosesinə mənfi təsir göstərdiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
“Danışıqlar zamanı ayrı-ayrı məqamları açıq şəkildə müzakirə etmək danışıqların gedişinə zərər vurur”, - deyə Peskov qeyd edib.
O, həmçinin Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək görüşün 1 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərində planlaşdırıldığını təsdiqləyib.
Daha əvvəl Kremlin nümayəndələri Ukrayna üzrə nizamlanma çərçivəsində çətin mövzuların müzakirəsinə başlanmasını irəliləyiş kimi qiymətləndirmişdilər.