28 yanvar 2026 18:09
122

Yaponiya üçün Rusiya LNG-sindən imtina etmək çətindir

Yaponiyanın qaz şirkətləri assosiasiyasının rəhbəri və Tokyo Gas-ın prezidenti Takasi Utida bildirib ki, Yaponiya sənayesi üçün Rusiya mənşəli maye təbii qazın (LNG) istifadəsindən imtina etmək çox çətin olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə o, Yaponiyanın "Jiji" agentliyinə müsahibəsində danışıb.

Utida vurğulayıb ki, ABŞ və Avropa tərəfindən sanksiyaların sərtləşdirilməsi fonunda Rusiyadan LNG tədarükünü əvəz edəcək alternativ mənbələri sürətlə tapmaq çətin olacaq. Onun sözlərinə görə, Rusiya LNG-sinin iqtisadi üstünlükləri var və hazırda ondan imtina etmək asan deyil.

Məlumatlara görə, Rusiyanın payı Yaponiya LNG idxalında təxminən 10%-dən bir qədər azdır.

Qeyd edək ki, Yaponiyanın yeni baş naziri Sanae Takaiti ABŞ prezidenti Donald Tramp ilə danışıqlar zamanı Rusiya LNG-sinə embarqo tətbiq etməyin çətin olduğunu açıqlayıb.