Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yanvarın 28-də ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin ikipartiyalı nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
Bildirilir ki, görüşdə tərəflər ikitərəfli münasibətlərin cari məsələlərini və regionda gedən prosesləri müzakirə ediblər. Gürcüstanın regional birləşdirici kimi roluna xüsusi diqqət yetirilib və bu baxımdan Orta Dəhlizin nəqliyyat potensialından bəhs olunub. Nümayəndə heyətinin üzvləri ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib və ABŞ Konqresinin bu məsələdə fəal iştirakının rolunu vurğulayıblar.
Söhbət zamanı nümayəndə heyətinin üzvləri Gürcüstanın həm qlobal, həm də regional siyasətdə və təhlükəsizlik məsələlərindəki rolunu qeyd ediblər.
Kazım Qəribabadi: Tehran ABŞ və İsraillə münaqişənin üçüncü fazasına daxil olur