Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlarda 25 nəfər saxlanılıb.
“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, Malatya vilayətinin Polis İdarəsinin Narkotik Cinayətlərinə qarşı Mübarizə Bölməsinin əməkdaşları narkotik vasitələrin satışı əleyhinə əməliyyat keçirib.
Məlumata görə, əməliyyatlarda 14 şübhəli saxlanılıb, 1 166 narkotik tərkibli həb, 827 qram sintetik kannabinoid, 45 qram metamfetamin, 3 qram marixuana və bir ədəd tərəzi müsadirə edilib. Saxlanılanlardan 13-ü məhkəmə qərarı ilə həbs olunub, bir şübhəli isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Qeyd edilir ki, İstanbulda da narkotik vasitələrin qəbulunda şübhəli bilinərək saxlanılan 12 nəfərin narkotik testi müsbət çıxıb. Araşdırma aparılır.
Kazım Qəribabadi: Tehran ABŞ və İsraillə münaqişənin üçüncü fazasına daxil olur