28 yanvar 2026 23:50
107

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini 3,5-3,75 % səviyyəsində saxlayıb

ABŞ-ın mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini 3,5-3,75 % səviyyəsində saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatında deyilib.

Qeyd edilir ki, bundan əvvəl FES faiz dərəcəsini ardıcıl olaraq üç dəfə endirib.