30 yanvar 2026 18:22
120

Masada olmayan, menyüdə olar - ŞƏRH

Türkiyə artıq yalnız tarixi və coğrafi bir ərazidə fəaliyyət göstərən  regional güc deyil, həqiqətən də imperatorluq idarəçiliyi olmadan qonşuluq sistemini yenidən dizayn edə bilən modern tarixdəki az sayda dövlətlərdən biri halına gəlib

Türkiyə Strateji düşüncə İnstitutunun 2026-cı il yanvar hesabatına görə, qardaş dövlət ən güclü hərbi qüvvəyə malik ölkə kimi Yaxın Şərqdə mövqeyini getdikcə möhkəmləndirir. Bölgədə əhəmiyyətli diplomatik və hərbi aktor olan Türkiyə, xüsusilə “Əsəddən sonrakı” dövrdə İsraillə birlikdə regional geosiyasi balansda əsas “super güc” kimi ön plana çıxır.

Yeni dünya nizamının xaos layihələri və proqnozlaşdırılması çətin olan proseslərlə qurulduğu bir dövrdə təkqütblü dünyanın liderliyi iddiasında olan, digər güc mərkəzlərini zorla və zor təhdidi ilə  Vaçinqtona tabe etdirmək istəyən ABŞ öz məqsədlərinə anil olmaq üçün Yaxın Şərqdə, Balkanlarda, Afrikada, Cənubi Qafqazda, Mərkəzi Asiyada diplomatik, hərbi və iqtisadi təsirə malik olan Türkiyə ilə birgə yürümək ehtiyacını yaxından hiss edir.

“Masada olmayan, menyüdə olar” prinsipi ilə hərəkət edən Türkiyənin gücünə bələd olan, dünyanın yenidən dizayn edilməsində əsas rol oynayan ABŞ “dərin dövləti” Türkiyə ilə işbirliyinin vazkeçilməz olduğunu Suriya məsələsində daha yaxından nümayiş etdirdi. ABŞ-ın  Suriyadakı sabiq təmsilçisi, PKK terror təşkilatının ən yaxın dəstəkçisi Bret Mc Gurkun bu günlərdə bu məsələlərlə bağlı ağlarcasına yazdıqları bu mənada diqqətiçəkir: “ Biz SDG-yi (Suriya Demokratik Gücləri- SDG-nin silahlı gücünün çoxunu PKK terror təşkilatının Suriya uzantısı olan YPG təşkil edirdi-Z.R) Türkiyə Ordusuna 8 il keçid verməsin deyə silahlandırdıq, təlim keçdik. Buna rəğmən Türkiyənin kölgəsində Suriya Ordusu onalrı 8 saata məğlub etdi. Bunu yuxumda görsəm inanmazdım., ancaq oldu. Nə böyük üzüntü”.

Butün bunların fonunda tanınmış livanlı yazar və hüquqçu Peter Germonstun Suriyada bəzi güclərin oyunlarını, xəyallarını alt-üst edən, yuxularını pozan Türkiyə təhlili daha şox diqqəti çəkir:

-Türkiyənin Suriyada və daha geniş Levant (Şərqi Aralıq dənizi-Toros dağlarından Misirə, Aralıq dənizi sahillərindən Mesopotomiyaya qədər uzanan; hazırda Suriya, Livan, Fələstin, İsrail, İordaniya, Kipr və Türkiyənin Cənub sərhədlərini (Hatay, Mersin) əhatə edən tarixi və coğrafi ərazi- Z.R) bölgesində son on ildə əldə etdiyi nailiyyətlərin modern Yaxın Şərq tarixində bənzəri görülməyib.

-2018-ci ildə Türkiyə bənzərsiz şəkildə məkrli bir stratejik vəziyyətlə qarşı-qarşıya qalmışdı. Cənub sərhədləri demək olar ki, mühasirəyə alınmışdı: bir yanda Rusiya-İran-Əsəd  oxu İdlib və Suriya səhrasının mərkəzinə doğru genişlənirdi; digər yandan isə CENTCOM-un (U.S. Central Command- ABŞ Mərkəz Komandanlığı-Z.R) tam siyasi, hərbi və kəşfiyyat dəstəyini alan Qərb dəstəkli PKK-YPG quruluşu mövcud idi.

- Oxşar vəziyyətdə  çox az dövlət strateji uğursuzluqdan xilas ola, vəziyyəti öz xeyrinə dəyişə bilmişdi.

-Ancaq Ankara bu mühasirəyə yaxın vəziyyəti əhatəli bir geopolotik uğura çevirə bilmişdir. Diplomatik, kəşfiyyat və hərbi komandanlıq arasındakı  nadir səviyyədə koordinasiya sayəsində Türkiyə, böyük güclərlə doğrudan da müharibəyə girmədən hər iki təhdidi də mərhələli olaraq yox etdi.

-Moskva və Tehran ölçülü diplomatik sərhədli güçdən istifadə ilə balans yaradarkən, Vaşinqtonun Kürt layihəsi isə davamlı hərbi təzyiq və siyasi təcrid ilə yararsız hala salındı.

-Ən diqqətçəkici sonluq Türkiyənin yalnız öz sərhədlərini təminat altına almaqla kifayətlənməyib Suriya içində qanuni bir idarəçilik gücü ortaya çıxaramasıdır.

-Ankara tərəfindən təlimləndirilən, silahlandırılan və qurulan mühalif qruplar, mülki qüvvələr dominanat siyasi-hərbi səlahiyyətli gücə çevrildi.

-Strateji baxımdan Türkiyə Levantda bənzəri olmayan bir şeyi gerçekləşdirdi: çökmüş bir dövləti işğal və ilhaq yolu ilə deyil, təhlükəsizlik doktinasına uyğun yerli aktorlar vasitəsi ilə, nəzarətli dövlət inşası ilə yenidən formalaşdırdı.

Bu gün Suriya artıq bir təhdid ünsürü deyil, Türkiyənin təsirinin tamponu  və stratejik genişlənməsidir.

Bu səviyyədəki nailiyyət, eyni zamanda Rusiya, İran və ABŞ-ın regional memarlığına qarşı əldə edilərək Türkiyəni ayrı bir kateqoriyaya yerləşdirdi.

-Türkiyə artıq yalnız Levantda fəaliyyət göstərən bir regional güc deyil; həqiqətən də imperatorluq idarəçiliyi olmadan qonşuluq sistemini yenidən dizayn edə bilən modern tarixdəki az sayda dövlətlərdən biri halına gəlib.

Zahid Rza, “İki sahil”