Bu xəritədə ABŞ sarı rənglə, planetin digər tərəfindəki İranın da sərhədləri sarı rənglə işarələnib. Kiçik qırmızı dairə isə Hörmüz boğazını göstərir və sahillərimizin yaxınlığında fəaliyyət göstərən Amerikanın silahlı qüvvələri bizim güclü ordumuzun öz ərazisində təlimlər keçirməsi qaydalarını diktə etməyə çalışırlar.
“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb.
"ABŞ Mərkəzi Komandanlığı hökumətləri tərəfindən "terrorçu təşkilatlar" siyahısına daxil edilən milli ordudan "peşəkarlıq" tələb edir, eyni zamanda həmin "terrorçu təşkilatın" hərbi təlimlər keçirmək hüququnu tanıyır" , - Əraqçi bildirib.
Onun fikrincə, bu absurddur, çünki İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) həmişə Fars körfəzi və Hörmüz boğazında sülh, sabitliyin müdafiəçisi olub və olmaqda davam edir:
"Bizim bölgəmizdə o, haqlı olaraq həm terrorçulara, həm də işğalçı hərbi qüvvələrə qarşı döyüş meydanında öz effektivliyini sübut etmiş qorxunc bir qüvvə kimi tanınır. Hörmüz boğazında gəmiçilik azadlığı və ticarət gəmilərinin təhlükəsiz keçidi həm İran, həm də qonşularımız üçün həyati əhəmiyyət daşıyır".
Əraqçi sonda qeyd edib ki, bölgədə xarici qüvvələrin olması həmişə deeskalasiya əvəzinə eskalasiyaya səbəb olub.
Daha əvvəl yayılan məlumata görə, ABŞ Silahlı Qüvvələrinin xəbərdarlığından sonra İran, Çin və Rusiyanın Hörmüz boğazında keçirəcəyi təlimlər təxirə salınıb.
Marked in yellow in the Western Hemisphere, you have the United States.
— Seyed Abbas Araghchi (@araghchi) January 31, 2026
Several oceans away, on the other side of the planet, Iran's borders are marked in yellow.
The little circle in red is the Strait of Hormuz.
Operating off our shores, the US military is now attempting to… pic.twitter.com/3KlHdHSYHc