31 yanvar 2026 23:59
110

Slovakiyanın baş naziri qalmaqallı "Epşteyn işi"ndə adı hallanan diplomatın istefasını qəbul etdi

Slovakiyanın Baş naziri Robert Fitso məşhur amerikalı maliyyəçi Ceffri Epşteynin işində adı hallanan sabiq xarici işlər nazirinin müşaviri Miroslav Layçakın istefasını qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə o, "Facebook"da yayımladığı videomüraciətində ​​bildirib.

R.Fitso deyib ki, müşavirin əməkdaşlığı dayandırmaq təklifi ilə razılaşıb.

O, Layçakın istefaya getməklə "əla diplomat" kimi davrandığını söyləyib.

Baş nazir ötən ilin noyabrında M.Layçakı işdən çıxarmayacağını və onun vəzifəsindən azad ediləcəyinə səbəb olacaq heç bir şey etmədiyini demişdi. Baş nazir həmçinin Layçakı "fantastik xarici siyasət təcrübəsi və inanılmaz əlaqələri olan mühüm diplomat" adlandırıb.

Yanvarın 30-da Slovakiya mediası M.Layçakın adının "Epşteyn işi" ilə bağlı dərc olunmuş materiallarda yenidən göründüyünü bildirib. "Euractiv" nəşri mərhum Epşteynin müşavir M.Layçakı "dost" və "beynəlxalq nüfuza malik adam" adlandırdığını yazıb.