Yunanıstan, İtaliya və Kipr tədricən bərpa olunan enerji strategiyalarından imtina edərək neft və qaz hasilatına qayıdırlar.
“İki sahil” xəbər verir ki, bunu Yunanıstanın enerji şirkəti "Energean Group"un baş direktoru Matios Riqas "Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib.
O, Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləsi Avropa enerji bazarlarını alt-üst etdikdən sonra bir neçə Aralıq dənizi ölkəsinin yanaşmalarını dəyişdirməyə hazır olduğunu nümayiş etdirdiyini söyləyib.
"Beş-yeddi il əvvəl Yunanıstana baxsanız, onlar yalnız "yaşıl" investisiyalardan danışırdılar. Nəticədə kömürlə işləyən elektrik stansiyaları bağlandı. İndi gündəmdəki məsələlərdən biri də qərbi Yunanıstanda ExxonMobil ilə birgə qazacağımız bir quyudur",
Onun sözlərinə görə, Yunanıstanın enerji müstəqilliyinə nail olmaq ehtimalı var: "İtaliya hökuməti də geoloji kəşfiyyatı fəal şəkildə nəzərdən keçirir, baxmayaraq ki, bir neçə il əvvəl bu, gündəmdə belə deyildi. İtaliyada yeni geoloji kəşfiyyatı qadağan edən qanun məhkəmə qərarı ilə ləğv edildi. Avropa paytaxtları son illərdə bərpa olunan enerji mənbələrini dəstəkləmək təşəbbüslərində səhv yol seçirlər".
O əlavə edib ki, Ukrayna ilə müharibə bitdikdən sonra uzunmüddətli Avropa qaz layihələri ABŞ və Qətərdən mayeləşdirilmiş təbii qaz təchizatı, bəlkə də yenidən Rusiya ilə rəqabət aparmaq məcburiyyətində qalacaq.
İran Avropa ölkələrinin ordularını terror təşkilatlarının siyahısına daxil edib