01 fevral 2026 15:04
89

Əbu-Dabidə görüş bu tarixdə keçiriləcək

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynadakı vəziyyətin həlli üçün Əbu-Dabidə keçiriləcək danışıqların yeni tarixlərini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə V.Zelenski "Telegram" kanalında yazıb.

"Danışıqlar qrupumuz bu yaxınlarda məlumat verdi. Növbəti üçtərəfli görüşlərin tarixləri müəyyən edilib: 4 və 5 fevral tarixlərində Əbu-Dabidə", - deyə o bildirib.

Onun sözlərinə görə, "Ukrayna əsaslı müzakirələrə hazırdır və nəticənin bizi münaqişənin real və ləyaqətli şəkildə sona çatmasına yaxınlaşdıracağına əmin olmaqda maraqlıdır".