01 fevral 2026 20:02
111

"OPEC+" mart ayında neft hasilatını artırmamaq qərarını qüvvədə saxladı

"OPEC+"-in səkkiz aparıcı ölkəsi neft hasilatının artırılmasını dayandırmaq qərarını qüvvədə saxladı.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat OPEC saytında yerləşdirilib.

Bildirilib ki, mart ayı üçün neft hasilatı kvotaları 2025-ci ilin dekabr ayı səviyyəsində qaldı.

Razılaşma tərəfləri təsdiqləyiblər ki, dəyişən bazar şərtlərindən asılı olaraq 1,65 milyon barel/gün qismən və ya tam şəkildə və tədricən geri qaytarıla bilər. OPEC ənənəvi olaraq qeyd edir ki, ölkələr bazar şərtlərini qiymətləndirməyə davam edəcəklər və dəyişən bazar şərtlərindən asılı olaraq istehsalın tədricən artırılması dayandırıla və ya ləğv edilə bilər.