01 fevral 2026 20:40
108

Şmıqal: Rusiya ordusu Ukraynanın enerji işçilərini hədəfə alıb

Bu gün Rusiya ordusu Dnepropetrovsk bölgəsində enerji işçilərinə qarşı hədəflənmiş hava hücumu həyata keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal məlumat verib.

Rusiya dronları Dnepropetrovsk bölgəsinin Pavloqrad rayonundakı Ternovska mədəni yaxınlığında enerji şirkətinə məxsus xidməti avtobusa zərbə endirib.

Hücum nəticəsində 15 mədən işçisi həlak olub, daha 7 nəfər yaralanıb.