01 fevral 2026 22:02
110

Yamal Maradonaya çatdı

"Barselona"nın gənc futbolçusu Lamin Yamal uğurlu çıxışı ilə tarix yazmağa davam edir.

“İki sahil” xəbər verir ki, La Liqanın 22-ci turunda "Elçe" ilə matç 18 yaşlı vinger üçün əlamətdar olub.

Bu qarşılaşmada fərqlənən Yamal "Barselona"nın heyətində rəsmi oyunlarda vurduğu qolların sayını 38-ə çatdırıb. Bununla da o, dünya futbolunun əfsanəsi Dieqo Armando Maradonanın Kataloniya klubundakı (1982-1984) göstəricisini təkrarlayıb.

Xatırladaq ki, "Elçe" ilə görüş "Barselona"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin digər qollarını Ferran Torres və Markus Raşford vurub.

Qeyd edək ki, Lamin Yamal cari mövsümdə rəqib qapılarına artıq 13 dəfə yol tapıb.