İngiltərənin "Arsenal" klubunun futbolçusu Mikel Merino uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
“İki sahil” xəbər verir ki, buna 29 yaşlı yarımmüdafiəçinin "Mançester Yunayted"ə uduzduqları Premyer Liqanın XXIII turunun oyununda zədələnməsi səbəb olub.
İspaniya millisinin üzvü sağ ayağındakı sümükdən ciddi zədə alıb. M.Merino yaxın günlərdə əməliyyat olunacaq və uzun müddət meydana çıxa bilməyəcək.
Qeyd edək ki, oyunçu cari mövsüm bütün yarışlarda 33 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024-cü ildə İspaniya millisi ilə Avropa çempionu olub.
XI “ARPACHAY OPEN” beynəlxalq karate turnirinin təntənəli açılış mərasimi keçirilib