02 fevral 2026 20:40
99

Herstal şəhərində Olimpiya Təlim Düşərgəsi start götürüb

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Belçikanın Herstal şəhərində Olimpiya Təlim Düşərgəsi start götürüb. “İki sahil” xəbər verir ki, hazırlıq prosesinə 35 cüdoçumuz (20 kişi, 15 qadın) qatılıb. İdmançılarımıza kişilərdən ibarət milli komandanın böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edir. 

Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı fevralın 5-də başa çatacaq.