FİFA prezidenti Canni İnfantino Rusiya millisinin beynəlxalq turnirlərdən kənarlaşdırılması qərarına yenidən baxılması məsələsinə toxunub.
“İki sahil” xəbər verir ki, "Sky News"un məlumatına görə, ali futbol qurumunun rəhbəri Rusiyaya tətbiq edilən sanksiyaların heç bir müsbət nəticə vermədiyini etiraf edib:
"Biz bu qadağanın ləğvini nəzərdən keçirməliyik. Qətiyyən tərəfdarı deyiləm. Bu məhdudiyyət heç nə vermədi, əksinə, daha çox məyusluq və nifrət yaratdı. Rusiyalı qız və oğlanların Avropanın müxtəlif bölgələrində futbol oynaması onların inkişafı üçün daha faydalı olardı".
Bununla yanaşı, C.İnfantino FİFA-nın öz qaydalarına dəyişiklik etməli olduğunu vurğulayıb. O bildirib ki, qurumun nizamnaməsində heç bir ölkənin siyasi səbəblərə görə futboldan məhrum edilməməsi barədə bənd təsbit olunmalıdır.
XI “ARPACHAY OPEN” beynəlxalq karate turnirinin təntənəli açılış mərasimi keçirilib