Azərbaycanda 2026-cı ildə 80-dən çox yeni quyunun qazılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Upstream Operations Management" şirkətinin qazma üzrə meneceri Fərid Umudlu Bakıda keçirilən "IADC Drilling Caspian & Black Sea 2026" konfrans və sərgisində bildirib.
Onun sözlərinə görə, hər il onlar geoloji kəşfiyyat proqramını həyata keçirir, əsasən şelfdə 2-3 yeni obyekt aşkar edirlər.
"Xəzər regionunda, Azərbaycanda biz təxminən 30 quru və dəniz aktivini idarə edirik. Təkcə bu il biz 80 yeni quyu qazmağı və 500-dən çox geoloji-texniki tədbir [quyuların əsaslı təmiri – red.] həyata keçirməyi planlaşdırırıq. Bu, Azərbaycan üçün miqyaslı əməliyyat fəaliyyətidir. Paralel olaraq, biz 20-dən çox yataqda işlənmə aparırıq ki, bu da bizim üzərimizə böyük məsuliyyət yükləyir", - F.Umudlu bildirib.
Menecer əlavə edib ki, hazırda şirkət quyularla bağlı prosesləri izləmək üçün real vaxt rejimində monitorinq mərkəzi yaratmaq niyyətindədir.
“Sahibkarlıqda Qadın Enerjisi” - QADINLARIN İDEYALARINA DƏSTƏK PROQRAMINDA İKİNCİ MƏRHƏLƏ
SOCAR: Küləkli hava şəraitinə görə istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
SOCAR-ın nəzdində Əməliyyat Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb - FOTO
SOCAR ilə “Yokogawa Europe B.V.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb