02 dekabr 2016 14:11
814

Faşizm təbliğatçısı Sarkisyanın siyasi əxlaqsızlığı

Ermənistan dövlət başçısının Respublika Partiyasının XVI qurultayındakı sərsəmləmələri şizofrenik simptomlardan xəbər verir

Yazıya adını unutduğum filmdə gördüyüm bir məqamı xatırlatmaqla başlamağımın səbəbi var. Dünyaya ağalıq etmək istəyən faşist Almaniyasının başçısı Hitler Avropanı fəth etmək niyyəti ilə başladığı ildırım sürətli müharibəni davam etdirərək keçmiş SSRİ-ni tam hakimiyyəti altına almaq istəyirdi. Fürerin niyyətini əks etdirən həmin filmdə belə bir epizod var. ...Reyxstaqın cəlladları bir araya toplaşaraq bu istəklərinin gerçəkləşəcəyi günün şərəfinə ziyafət verirlər. Stola sovetlərin rəmzi ərazisini əks etdirən tort qoyulub. Hitlerin daim arzuladığı Bakı neftinə sahiblik istəyi tortda xüsusi görüntülərlə işarələnir. Hitler tortu kəsməmişdən əvvəl əridilmiş şokoladı neft kimi tortdakı “Bakının” üzərinə tökür və yeyir.

Milyonlarla insanın ölümünə səbəb olan II Dünya müharibəsində məğlub olan Hitlerin Bakı neftinə sahiblik arzusu elə həmin tortla da tarixə qovuşur. Nəsibləri isə məğlubiyyət olur.

Faşizm ideyalarına sadiqliyini Azərbaycan torpaqlarını zəbt edərkən dinc əhaliyə qarşı törətdiyi qətliamları etiraf etməklə bildirən, məşhur ingilis yazıçısı Tomas de Vaala verdiyi müsahibəsində “ Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq” söyləyən, növbəti sayıqlamalarında “Kür çayına qədər gedib çıxmaq” iştahından bəhs edən, sələfi Hitlerə bənzəyən Serj Sarkisyanın açıqlamaları xəstə təxəyyülün məhsulu, faşizm ideyasına sadiqlikdir.

Qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyən, Türkiyənin Şərqindəki Ağrı dağı ərazilərinin geri alınması ilə bağlı ölkə gənclərinin “Qərb torpaqlarımızı Ağrı dağı ilə birlikdə geri ala biləcəyikmi?” sualını ermənisayaq məkrlə cavablandıran Serj: “Bu sizə bağlıdır. Bizim dövrün insanları öz öhdəliklərini layiqincə yerinə yetirərək 1990-cı illərdən sonra vətənimizin parçası olan Qarabağı düşmən əlindən xilas etdi. Hər nəslin öz vəzifəsi var. Sizin də gələcəkdə öz vəzifələrinizi yerinə yetirib, yetirməyəcəyiniz birlik və bütövlüyünüzə bağlıdır. Biz erməni milləti həmişə səməndər quşu kimi öz külümüzdən dirilməyi bacarmışıq. Amma qeyd etməliyəm ki, bu gün dünyada ölkələrin etibarı onların ərazisi ilə ölçülmür. Ermənistan müasir, təhlükəsiz və uğurlu iqtisadiyyatı olan ölkə olsa (?) etibarı da o qədər yuxarı olacaq” sözləri ilə xələflərinə faşizm ideyaları aşılayır.

Azərbaycan xalq nağıllarının müqəddəslik, xeyirxahlıq simvolu Simurq quşundan iqtibas gətirməklə bir daha milli mənəvi mirasımıza sahib çıxan Sarkisyan başqalarına məxsus dəyərləri özününküləşdirməklə oğurluğun ermənilərə xas genetik xüsusiyyət olduğunu da təsdiqləyir. Eyni zamanda miskin vəziyyətə düşən, dünya birliyində forpost kimi tanınan Ermənistanı “ideal dövlət kimi” təqdim etməklə iqtidarsızlığını pərdələməyə çalışır.

Başçılıq etdiyi Respublika partiyasının XVI qurultayındakı sərsəmləmələri də şizofrenik simptomlardan xəbər verir: “Biz qarşımıza Bakını tutmaq və onu kapitulyasiyaya məcbur etmək kimi hərbi siyasi məqsəd qoymamışıq, amma eyni zamanda yaxşı anlayırıq ki, düşmənə sarsıdıcı zərər vura bilərik: fikrimcə əlavə detallara ehtiyac yoxdur.”

Başından böyük qələt etmək bax belə olur. Deyəsən aprel döyüşlərindən lazımi nəticə çıxarmayan Sarkisyanın gorbagor babası Andronik kimi qulağının kəsilməsinin vaxtıdır.

Adıçəkilən partiyanın qurultayında Sarkisyanın “Tərəflərin mövcud qüvvələr balansının real qiymətləndirilməsi az əhəmiyyətli deyil. Aprel hadisələri göstərdi ki, Bakının reallıqla bağlı problemləri var. Fakt ondan ibarətdir ki, bizim ordumuz müdafiə tərəfi olaraq qoyulan tapşırığa nail olub, Azərbaycan isə qəfil hücumu ilə hərbi-siyasi məqsədlərinə nail ola bilməz” söyləməsi “ dahi rəhbərin” “mövcud qüvvələr balansı” tezisində də yanıldığını bildirir: “Biz mövcud qüvvələr balansını dəqiq qiymətləndiririk. Biz silahlanma yarışına cəlb olunmayacağıq, bunda heç bir məna görmürük. Əvəzində silahlı qüvvələrimizin qarşısında duran siyasi məqsədləri yaxşı təsəvvür edirik. Bizim resurslarımız bu məqsədlərə nail olmaq üçün bizi qane edir. Heç bir silah öz-özünə döyüş əməliyyatlarının nəticəsini təyin edə, həll edə bilməz. İnsan, hərbi qulluqçu silahlı qüvvələrin həlledici vahidi olaraq qalır. Erməni ordusunun siması-erməni hərbçisidir.”

Türklər demişkən, üstümə iylik, sağlıq. Burada deyiblər ki, oğru elə bağırdı ki, doğrunun bağrı çatladı.

 Belə ağ yalanlarından xəcalət çəkməyən Sarkisyanın yadına İrəvanda keçirilən hərbi paraddakı biabırçılığı xatırladaq. Yerli kadrlardan çox rus əsgəri ilə formalaşdırılan, hətta din xadimlərinin belə cəlb olunduğu həmin paradı tənqid edən elə ermənilərin özləri oldu. Aprel döyüşlərindən sonra Ermənistanın hərbi hissələrində yüksək rütbəli zabitlərin istefa və vəzifəsindən qovulanların sayını bu əmrləri verən Sarkisyan unutmamalıdır. Döyüş qabiliyyəti sıfır səviyyəsində olsa da, təmas xəttində təxribatlar törədən, bu həmlələrə cüzi hərbi qüvvə və texnika ilə cavab verən Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyən sınıq-salxaq orduya malik Ermənistanın görmə və eşitmə qabiliyyətindən məhrum başçısı hansı “müdafiə qüdrətindən” danışır. Müstəqil olmayan, ianələr hesabına dolanan, iqtisadiyyatı, ordusunun təchizatı belə havadarlarının hesabına ödənilən, sərhədlərini rus əsgəri qoruyan Sarkisyanın bu cür loğvalanması psixi problemi olan xəstənin aya səyahət xəyalına bənzəyir. Halbuki fərarilik halları baş alıb gedən, erməni ordusunun miskin vəziyyəti aprel döyüşlərində bir daha bəlli oldu.

 Sarkisyandan soruşmaq lazımdır ki, belə müdafiə qüdrətinə malik idinizsə niyə havadarlarınız qarşısında diz çöküb yalvararaq onlardan yardım diləndiniz. Bu günlərdə bar-bar bağıraraq Rusiyanın verdiyi “isgəndərlərlə” lovğalanan siz deyilmiydiniz? Gücünüz yetərincə idisə onda nə əcəb Rusiya ilə ortaq ordu yaratmaq barədə razılaşma imzaladınız? Bu idimi sizin “mövcud qüvvələr balansı” barədə dəyərləndirmə sisteminiz. Özünü belə aldatma yolu ilə Ermənistanda daxili sabitliyi saxlamağa çalışan Sarkisyanın özü də yaxşı bilir ki, törətdikləri təxribatların qarşısı layiqincə alınacaq. Azərbaycan əsgərinin növbəti cavabı aprel döyüşlərindən daha sərt, güclü və sarsıdıcı olacaq. Başqalarının torpağını işğal edərək özününkü hesab edən Ermənistanın cüzi resurslarla belə hücumlara cavab vermək qüdrətində olmadığını yaxşı bilən erməni xalqı artıq Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu, müharibənin korrupsioner iqtidara və onu dəstəkləyən xarici qüvvələrə lazım olduğunu etiraf edir. Müharibə istəməyən erməni analar övladlarını Dağlıq Qarabağ döyüşlərində həlak olmasına etiraz edirlər. Elə buna görə də kadr balansı kəsirdə qalan Ermənistan “ordusunu” rus əsgərinin hesabına formalaşdırmaq məcburiyyətindədir. Bunları nəzərə alaraq Sarkisyana tragikomik monoloqlardan əl çəkməsini məsləhət görərdik. Əks halda ipləmə Sarkisyana vaxtilə Bakıda qan qardaşı Suren Osipyanın adını daşıyan, paytaxt sakinlərinin “maqazin sorok” adlandırdıqları psixi dispanserdə bir çarpayı lazım gələcək.

 Bir neçə kəlmə ilə Sarkisyanın Dağlıq Qarabağın Ermənistana məxsusluğu barədəki iddialarını təkzib edən faktlara müraciət edək.

 Utanmadan bütün dünya tarixçilərinin, eləcə də erməni yazarların, etibarlı mənbələrin təsdiqlədiyi daşnakların Dağlıq Qarabağa köçünün XVII-XIX əsrdə baş verdiyi faktını inkar edən Serj tarixi saxtalaşdırmaqda da mahirdir.

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatr mövsümü”, “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” kitablarında qeyd olunduğu kimi, Erməni apostol kilsəsinin (Eçmiədzin), erməni diasporunun rəhbərliyi, siyasi elita, ideoloqlar və “tarixçilər” ilə birlikdə dünya erməniləri barədə yaydıqları miflər bir məqsədə yönəldilib: Dağlıq Qarabağda erməni əhalisinin aborigenliyini, çoxluğunu sübuta yetirmək. Rus müəllifi N.Şarov kimi başqaları da yazırdı ki, hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən bir milyondan çoxu yerli əhali deyildi, bizim tərəfimizdən köçürülənlərdir. Digər mənbələrdə də ermənilərin İran və Türkiyədən Azərbaycana köçürülmələrini təsdiqləyən statistik rəqəmlər çoxdur. Amma Azərbaycanın torpaqları hesabına dövlət quran ermənilərin işğalçılıq siyasətlərinə haqq qazandırmaq üçün hələ də özlərini Dağlıq Qarabağın yerli əhalisi adlandırmaları həyasızlıq deyil, artıq siyasi əxlaqsızlıqdır.

...Müdriklər bildirirlər ki, təxəyyül insan beyninin emalatxanasıdır ki, burada köhnə ideyalar və müəyyən olunmuş faktlar yeni kombinasiyalara çevrilir və yenidən istifadə olunur. Görünür Sarkisyanın ordusu kimi tənəzzülə uğrayan, müasir dünya hadisələrindən xəbərsiz beyin emalatxanasının yeni təfəkkürə uyğun formalaşması üçün daha bir qulaqburmasına ehtiyacı var. Prezident, Ali Baş Komandan İlham Əliyevin “Bu il aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə etmişdir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik” xəbərdarlığından nəticə çıxarılmasa erməni xalqı günah keçisini öz aralarında axtarsınlar. Faşist ideyalarına sadiqliyini İrəvanda Hitler reyxinə xidmət edən Nijde və Dro kimi qaniçənlərə heykəl ucaldan, günahsız azərbaycanlıların qatili Sarkisyanın aqibəti sələfindən betər olacaq.

Xuraman İsmayılqızı, “İki sahil”