04 fevral 2026 13:30
122

Britaniyada ABŞ modelinə uyğun yüksək təhlükəsizlikli həbsxanalar tikiləcək

Böyük Britaniyada xüsusilə təhlükəli cinayətkarlar üçün yüksək təhlükəsizlik rejimli həbsxanalar inşa ediləcək. Bu cür həbsxanalar ABŞ nümunəsi əsasında qurulacaq. Bu barədə ölkənin baş nazirinin müavini, ədliyyə naziri Devid Ləmmi məlumat verib.

“İki sahil” xəbər verir ki,  bnun sözlərini "The Guardian" nəşri yayıb.

Qərar Böyük Britaniyanın müstəqil komissiyasının tövsiyələri nəzərə alınmaqla qəbul edilib. Yeni həbsxanalar əsasən İngiltərə və Uels ərazisində fəaliyyət göstərəcək və burada ən ağır cinayətlər törətmiş şəxslər saxlanılacaq.

Yüksək təhlükəsizlikli həbsxana rejimi cinayətkarların törətdikləri cinayətlərin ağırlıq dərəcəsinə görə dəqiq şəkildə ayrılmasını nəzərdə tutur. Ən təhlükəli məhbuslar daha sərt şəraitdə saxlanılacaq. Eyni zamanda, məhbusların davranışlarından asılı olaraq onlara müəyyən imtiyazlar verilə və ya bu imtiyazlar məhdudlaşdırıla bilər.

Devid Ləmmi həmçinin qanunvericilik təşəbbüsü ilə çıxış etməyi planlaşdırır. Sözügedən qanun layihəsi insan hüquqları haqqında qanunlardan istifadə etməklə həbs şəraitinin məhkəmələrdə mübahisələndirilməsinə qadağa qoyulmasını nəzərdə tutur.