04 fevral 2026 13:54
117

Çin Yeni İlində uğur simvolu

“Harry Potter” kitablar seriyasının obrazı "Drako Malfoy" Çində Yeni İl üçün qeyri-rəsmi simvola çevrilib. Romanda baş qəhrəmanın antagonist rolunu oynayan Malfoy, 2026-cı il üçün çinlilər arasında uğur rəmzi kimi qəbul edilir. Ölkə sakinləri evlərini "Drako Malfoy" portretləri ilə bəzəyir, onun təsvirləri hətta bəzi ticarət mərkəzlərində də görünür.

“İki sahil” CNN-ə istinadla xəbər verir ki, bu fenomenin səbəbi qəhrəmanın adının Çin dilinə tərcüməsindədir. “Malfoy” adı Şimali Çin ləhcəsində “Ma Er Fu” kimi səslənir ki, bu da “uğur gətirən at” mənasını verir.

Çin təqvimi ilə At ili 17 fevralda başlayacaq və bu il İlan ilini əvəz edəcək. Maraqlıdır ki, İlan ili Slytherin fakültəsinin simvolu ilə bağlıdır — Drako Malfoy “Hoqvarts” sehr məktəbində bu fakültədə təhsil almışdı.