04 fevral 2026 14:12
98

"Politico": Ukrayna münaqişəsi 2026-cı ilin baharında həll oluna bilər

Ukraynada baş verən silahlı münaqişənin bu ilin baharında həll olunması üçün yaxşı şanslar mövcuddur.

“İki sahil” xəbər verir ki,  bu barədə "Politico" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, belə bir ssenari yalnız Əbu-Dabi-də keçiriləcək danışıqların nəticəli olması şərti ilə mümkündür.

Müşahidəçilər qeyd edirlər ki, danışıqların uğurla nəticələnməsi regionda gərginliyi azaltmaq və daha geniş sülh perspektivini yaratmaq üçün əhəmiyyətli addım ola bilər.