04 fevral 2026 14:27
92

Peskov: Əbu-Dabidən məlumat gözləməyin

Kremlin planında Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə keçirilən danışıqlarla bağlı hər hansı açıqlama vermək yoxdur.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib:

“Hazırda məlumat gözləməyə ehtiyac yoxdur, biz hər hansı açıqlama verməyi planlaşdırmırıq. Danışıqların başlanma vaxtını nümayəndə heyətinin üzvləri yerində tənzimləyirlər, bu, nümayəndə heyətinin hazırlıq səviyyəsindən asılıdır.”

Ukrayna nümayəndə heyətinin rəhbəri, Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Ümerov bildirib ki, danışıqlar 4 fevral günü gündüz saatlarında başlayıb. Proses əvvəlcə üçtərəfli formatda həyata keçirilib, daha sonra isə mövzular üzrə ayrıca qrupların işinə keçilməsi planlaşdırılır.

Müşahidəçilər qeyd edirlər ki, danışıqların nəticələri barədə məlumatlar yalnız gələcəkdə açıqlana bilər və hazırda tərəflərin hazırlıq və taktiki addımlarına diqqət yetirilir.