04 fevral 2026 20:00
99

"SpaceX" şirkəti "Falcon 9" raketlərinin buraxılışını dayandırdı

Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti fevralın 2-də buxarılışı zamanı qeydə alınan nasazlıqla əlaqədar “Falcon 9” raketlərinin buraxılışını dayandırıb.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, problem “Starlink” sisteminə aid 25 peykdən ibarət qrupun ikinci pillədən ayrılmasından sonra həmin pillənin orbitdən çıxarılması zamanı baş verib.

Plana əsasən, “Falcon 9” raketinin növbəti buraxılışı 6 fevral tarixinə nəzərdə tutulurdu.

Məlumata görə, raket buraxılışlarına və onların ictimai təhlükəsizliyə təsirinə nəzarət edən ABŞ Federal Mülki Aviasiya Administrasiyasının nümayəndəsi ABŞ-də şatdaun fonunda ödənişsiz məzuniyyətə göndərilib və “Reuters” agentliyinin sorğusuna cavab verməyib.