Ukraynanın Baş nazirinin müavini Aleksey Kuleba Azərbaycanın energetika sahəsində ölkəsinə ardıcıl dəstəyini yüksək qiymətləndirib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev "X" sosial media hesabında paylaşım edib.
Səfir bu ölkədəki diplomatik korpus nümayəndələri ilə "sahə ziyarəti" zamanı Kuleba ilə görüşdüyünü bildirib.
"Enerji dayanıqlılığının böyük çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycanın ardıcıl dəstəyini yüksək qiymətləndirdiyi üçün Baş nazirin müavininə minnətdaram", - səfir qeyd edib.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib