06 fevral 2026 07:59
352

ABŞ innovasiya olmadan Çini yüksək texnologiyalarda keçə bilməz

ABŞ böyük irəliləyiş əldə etməsə, Çin yüksək texnologiya sənayesinə lider olacaq.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bunu sahibkar İlon Mask deyib.

Milyarderdən ABŞ-nin yaxın bir neçə ildə möcüzə göstərməsə, Vaşinqtonun süni intellekt, elektrombillərin istehsalı və humanoid robotlarda "Çinin dominantlığını" gözləyib-gözləmədiyi soruşulub. "ABŞ-də irəliləyişli innovasiya olmadan Çin tamamilə dominantlıq edəcək",- Mask cavab verib.

"Biz əlbəttə yalnız insan resursları ilə qalib gələ bilmərik; Çinin əhalisi bizim əhalimizdən dörd dəfə çoxdur", - sahibkar ABŞ-nin uzun müddətdir aşağı doğum nisbətinə malik olmasından təəssüflənərək qeyd edib. "Amma məsələ təkcə əhalinin bizdən dörd dəfə çox olmasında deyil; (Çində-red) İnsanlar daha böyük həcmdə işi həyata keçirirlər. Çində adambaşına düşən məhsuldarlıq nisbəti daha yüksəkdir", - Mask əlavə edib.

O, həmçinin Pekinin nadir yeraltı metallarının hasilatı sahəsində aparıcı mövqeyinə diqqət çəkib.