06 fevral 2026 09:12
103

ABŞ Sakit Okeanda narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbə endirib

ABŞ Sakit Okeanın şərqində narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbə endirib.

“İki sahil” xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Kəşfiyyat gəminin Şərqi Sakit Okeanda məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqləyib. Əməliyyat zamanı iki narkoterrorçu öldürülüb", - paylaşımda bildirilib.