06 fevral 2026 11:13
98

Rusiyada 40-a yaxın sərnişin qatarının hərəkətində gecikmə yaranıb

Rusiya Federasiyasının Tambov vilayətində yük qatarının vaqonlarının relsdən çıxması səbəbindən uzaq məsafəli 39 sərnişin qatarı gecikir.

“İki sahil” xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin "Federal Sərnişin Şirkəti"ndən məlumat verilib.

Altı qatarın marşrutu dəyişdirilib, 47 qatar artıq mənzil başına çatıb.

"Qatar briqadalarının əməkdaşları sərnişinlərə hərtərəfli yardım və dəstək göstərirlər", - məlumatda deyilir.